Şahzadə Harry ilə amerikalı aktrisa-model Meghan Markle nişanlanıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, avqust ayında tanış olan və eşq yaşayan cütlük münasibətlərini rəsmiləşdirmək qərarına gəlib.
Harry özündən üç yaş böyük sevgilisinə evlilik təklifi edib.
Model şahzadənin təklifini qəbul edib və nişan üzüyünü taxıb.









