Britaniya şahzadəsi Harri və xanımı, Sasseks hersoginyası Meqan Marklın Mərakeşə üçgünlük səfəri başa çatıb.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, səfərin son günündə onlar Mərakeşin paytaxtında ölkə kralı 6-cı Məhəmmədin iqamətgahında qonaq olublar.
Şahzadə ilə xanımını kral 6-cı Məhəmməd, kraliça Lalla Səlma, kralın bacısı şahzadə Lalla Həcca, habelə varis şahzadə Mulay Həsən qarşılayıb.
Meqan Marklın əynində "Carolina Herrera"nın məhsulu olan 4100 dollarlıq zərif mavi don vardı.
Şahzadə Çarlz və xanımı iqamətgahdakı Əndəlüs Bağını gəziblər.
7News.Az













