İordaniya şahzadəsi Əli bin əl-Hüseyn növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürüb.Bu barədə onun özü məlumat verib.
Qeyd edək ki, Əli bin əl-Hüseyn bu il keçirilən FİFA -da prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Ancaq o, səsvermədə digər namizəd Yozef Blatterdən az səs toplamışdı.
Xatırladaq ki, bundan əvvəl UEFA prezidenti Mişel Platini, Braziliya millisinin keçmiş futbolçusu Ziko namizədliyi irəli sürdüklərini açıqlayıb.
7news.az








