Şahzadə Diananın avtomobili satışa çıxarılıb.
Satışın noyabr ayında İngiltərədə baş tutacağı gözlənilir. "Audi" markalı avtomobil 1994-cü ildə alınıb. Bu nəqliyyat vasitəsindən şahzadə daha çox oğulları Harri və Uilyamı gəzdirmək, eyni zamanda idman zalına getmək üçün istifadə edib.
Hərrac təşkilatçıları şahzadə Diananın nəqliyyat vasitəsinə sahib olmaq uğrunda qızğın mübarizənin gedəcəyinə əmindirlər. 70 min dollar qiymət qoyulan avtomobilin daha baha qiymətə satılacağı istisna olunmur.
Qeyd edək ki, Diana 31 avqust 1997-ci ildə Parisdə qəzaya düşərək dünyasını dəyişib.
7News.az








