Sasseksk hersoginyası Meqan Markl bu dəfə qısa geyimi ilə diqqət mərkəzində olub.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya şahzadəsi Harri ilə xanımı Meqan Marklın istirahət müddəti bitib. Məşhur cütlük öz rəsmi vəzifələrinə başlayıb. Fasilədən sonra cütlük dünən axşam saatlarında Viktoriya Saray Teatrında nümayiş olunan "Hamilton” müziklini izləməyə gedib. Tədbir "Sentebale” fonduna dəstək məqsədilə təşkil olunub.
Yeri gəlmişkən, rəhbəri Meqan və Harinnin olduğu "Sentebale” xeyriyyə fondu Lesotodan və Botsvanadan olan kimsəsiz uşaq və gənclərə, həmçinin HİV-ə yoluxanlara yardımla məşğul olur.
Meqan gecə üçün "Judith and Charles” moda evindən qiyməti 595 dollara olan mini qara pencək-paltar seçib. O, obrazını parlaq klatç və qara stilettolarla tamamlayıb.
Geyim seçimləri ilə hər dəfə modapərəstləri ilhamlandıran hersoginyanın qısa paltarı müzakirələrə səbəb olub. Məsələ ondadır ki, krallığın protokollarına əsasən, ailənin xanımları dizdən yuxarı paltar geyinə bilməz.
Həmçinin kraliça Yelizaveta birinci gəlini Keyt Middltona qısa ətək geyinməyi qadağan etmişdi.
7News.Az












