RU
Şair-publisist Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı tatar dilində çap olunub
19:53
1165

Şair-publisist Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı tatar dilində çap olunub

Şair-publisist Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı Tatarıstanın paytaxtı Kazanda, tatar dilində çap olunub.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən  bildirilib ki, kitabı tatarcaya Tatarıstan Yazıçılar Birliyinin və DGTYB-nin üzvü, bir sıra yerli və beynəlxalq poeziya yarışmalarının qalibi, Tatarıstanın istedadlı yeni nəsil şairlərindən Rifat Salah çevirib.

“İlham” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabın “Ön söz” müəllifi də Rifat Salahdir.

Qeyd edək ki, oxucular tərəfindən rəğbətlə qarşılanan “Arazbarı” şeirlər kitabı ilk dəfə 2011-ci ildə Bakıda, sonra isə qardaş Türkiyədə və İranda çap olunub. “Arazbarı” şeirlər kitabı Sona Vəliyevanın şair kimi oxucularla ikinci görüşüdür. “Arazbarı” şeirlər kitabında Sona Vəliyevanın müxtəlif illərdə qələmə aldığı şeirləri toplanıb. Kitabda Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insan qəlbini riqqətə gətirir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ