RU
Sakinlərə “kupça” paylanıldı
15:58
1310

Sakinlərə “kupça” paylanıldı

Komitə bu istiqamətdə fəaliyyətini davam etdirir.

Əmlak Məsələləri Dövlət Komitəsi regionlarda vətəndaşlara məxsus fərdi həyət evləri və torpaq sahələrinə dair hazır çıxarışların birbaşa ünvanlara paylanmasını davam etdirir. 

“Kütləvi çıxarış” kampaniyası bu dəfə 22 iyunda Ağsu rayonunda baş tutub. 

Ağsu sakinlərinə məxsus daşınmaz əmlakların tədricən kütləvi qaydada sənədləşdirilməsi məqsədilə həyata keçirilən kampaniyada 70-ə yaxın vətəndaş hazır çıxarışını əldə edib. 

Belə kampaniyalarda məqsəd əhalinin mülkiyyət hüquqlarını daha səmərəli və çevik təmin etmək, xidmətlərdə əlçatanlığı və məmnunluq səviyyəsini artırmaqdır. 

Qeyd edək ki, indiyədək respublikanın 30-dan çox şəhər və rayonunda təşkil edilən kampaniyalarda ümumilikdə 8000-ə yaxın vətəndaş iştirak edərək qeydiyyat xidmətlərindən faydalana bilib./oxu.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ