İspaniyada vergidən yayındığı üçün mühakimə olunan pop ulduzu Şakira 7,3 milyon avro cərimələnib.
7NEWS.az xəbər verir ki, Pop ulduzu Şakira vergi fırıldaqçılığı işində günahını etiraf edib və 7,3 milyon avro cərimələnib. Şakira Barselonadakı məhkəmə prosesinin ilk günündə İspaniya rəsmiləri ilə razılığa gələrək həbsxanaya düşmə riskini aradan qaldırıb. Kolumbiyalı sənətçinin üç illik şərti həbs cəzası cəriməyə çevriləcək.
7NEWS.az








