RU
Şakira
18:26
1705

Şakira "Sarı gəlin"i elə oxudu ki...

Şakira İssufo 1995-ci ildə Mozambikdə anadan olub. İlk təhsilini paytaxt Maputoda alıb. Orada Türk liseyini bitirən Şakira 2013-cü ildən  Azərbaycanda- Qafqaz Universitetində təhsil alır. Sevimli məşğuliyyəti valeybol  oynamaq, mahnı oxumaq və əcnəbi dilləri öyrənməkdir.     

Gəldiyi ilk günlərdə ölkəmizin qayda-qanunlarına alışa bilmədiyini desə də, günlər keçdikcə buna  bir növ vərdiş  edib.

Şakira üçün burada günlər adi keçmir. Hər zaman macəra dolu həyat yaşamağı sevən əcnəbi tələbə, burada da dostları ilə bərabər günlərinə maraq qatmağa çalışır. Valeybol oynamağı çox sevdiyindən, dərslərdən vaxt tapan kimi yataqxananın valeybol meydançasına qaçır. Deyir, kim məni axtarsa ya bu meydançada tapar, yaxud da ki, kitabxanada. Nə isə…

Mozambik uzaq Afrikada yerləşən ölkə olduğundan ora getmək, oranın milli adət - ənənəsini öyrənmək təbii ki, çoxları  üçün əlçatmazdır. Elə bu səbəbdən də biz Mozambikə məhz Şakiranın dili ilə səyahət edib oranın adətlərini öyrənməyə çalışdıq. İki ölkə arasındakı fərq isə inanılmazdır. 

Şakiranın qısa müddətdə dilimizi bu qədər səlist öyrənməsi, milli musiqimizə verdiyi dəyər ondan daha çox bizi qürurlandırdı. İndi bizim  "Sarı gəlin"imiz əcnəbi tələbənin dilindən  təkcə Azərbaycanda deyil, Mozambikdə də eşidiləcək.

Xoşbəxtlik... Bir zamanlar Makedoniyalı İsgəndər də Azərbaycana gəlib geri döndüyü zaman, bir xoşbəxtlər ölkəsində olduğunu və bu ölkəni heç bir zaman unutmayacağını yazmışdı.Vətənimizə gələn əcnəbilərə bu duyğunu ötürə biliriksə, nə  xoş  sənə- Azərbaycan..!

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ