RU
Salerno limanına miqrantları gətirən gəmidə 26 ölü
17:20
640

Salerno limanına miqrantları gətirən gəmidə 26 ölü

İtaliyanın cənubundakı Salerno şəhərinin limanına içərisində 375 miqrantın olduğu gəmi daxil olub.

Sahil-Mühafizə Xidmətinin əməkdaşları gəmidə 26 qadının meyitini aşkar edib.

Hazırda onların ölüm səbəbləri araşdırılır. İlkin ehtimala görə, qadınlar gəmidəki şəraitsizlik və sıxıntıdan ölüblər.

Ölən qadınların hamısının Nigeriya vətəndaşı olduğu bildirilir.

Gəmi ilə gələn digər miqrantlar müvəqqəti düşərgələrə yerləşdirilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ