RU
Salyan icra başçısının ŞOK FOTOLARI yayıldı
04:20
22828

Salyan icra başçısının ŞOK FOTOLARI yayıldı

Azərbaycanda icra başçılarının özlərini “kiçik padşah” kimi aparmaları barədə zaman-zaman mətbuat səhifələrində yazılar dərc edilib.

 

Adı mətbuatda daha çox rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan büdcəni göyə sovuran icra başçısı kimi hallanan Tahir Kərimov bu dəfə sözün əsl mənasında rayonun “padişah”ı olduğunu öz üsulu ilə sübut edib.

İcra başçısının ötən il Salyan şəhərində Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ” Gül Bayramı ” zamanı çəkilən fotoşəkilləri sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. Belə ki, ötən il keçirilən tədbirdə salyanlıların qarşısında çıxış etmək üçün Heydər Əliyev parkına gələn icra başçısını məktəblilər qeyri-ənənəvi üsulla qarşılayıblar. Azyaşlılar icra başçısının başının üstünü güllərlə hörərək, padişahlar dönəmindəki qarşılama mərasimini gerçəkləşdiriblər.

Daha çox Şimali Koreyanın prezidenti Kim Çen Inın öz xalqı qarşısında çıxış edərkən görməyə örgəşdiyimiz bu görüntülərin Salyanda baş verməsi sosial şəbəkə istifadəçiləri tərəfindən də həm gülüşlə, həm də qəzəblə qarşılanıb./azxeber

7News.az Həmin fotoları təqdim edir:

12316129_10203848312488017_8472724291973474857_n (1)12316129_10203848312488017_8472724291973474857_nsalyan

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ