RU
Salyan üçəmlərindən sonuncusu Bakıda dünyasını dəyişib
22:15
1241

Salyan üçəmlərindən sonuncusu Bakıda dünyasını dəyişib

Hazırda körpənin meyiti Salyana gətirilir.

Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib.

7news.Az xəbər verir ki, bu barədə Report-un Aran bürosunun müxbirinə ölən körpələrin doğmaları məlumat veriblər.

Yaxınlarının bildirdiyinə görə, hazırda ölən körpənin meyiti Salyana gətirilir.

Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ