RU
Salyanda 30 yaşlı kişiyə qılıncla xəsarət yetirilib
11:30
352

Salyanda 30 yaşlı kişiyə qılıncla xəsarət yetirilib

Salyan sakini başından yaralanıb.

Hadisə Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub.

Faktla bağlı araşdırma aparılır./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ