RU
Salyanda 5 otaqlı ev külə döndü
10:42
494

Salyanda 5 otaqlı ev külə döndü

Salyanda 5 otaqlı ev içindəki əşyalarla birlikdə yanıb.

Hadisə Salyan şəhərinin Şəhriyar küçəsi-73 ünvanında qeydə alınıb.

Şəhər sakini, 23 yaşlı Rəxşəndə Əhmədovaya məxsus 5 otaqlı fərdi yaşayış evi qəfildən alovlanmağa başlayıb. Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Yanğından Mühafizə Hissəsinə məlumat verilib.

Yanğının söndürülməsinə Salyan Yanğından Mühafizə Xidmətinin 4 maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər yanğını lokallaşdırıb və alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb. Buna baxmayaraq, 5 otaqdan ibarət olan fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ