RU
Salyanda 54 yaşlı kişi bıçaqlandı
23:37
393

Salyanda 54 yaşlı kişi bıçaqlandı

Salyanda bıçaqlanma hadisəsi baş verib.


7news.az"Report"a istinadən xəbər verir ki, insident rayonun 1-ci Varlı kəndində qeydə alınıb.
Kənd sakini, 54 yaşlı Asif Dərbənd oğlu Nuriyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. O, Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ