RU
Salyanda 7 yaşlı oğlan itkin düşdü
04:06
512

Salyanda 7 yaşlı oğlan itkin düşdü

Salyanda 7 yaşlı oğlan itkin düşüb, onun Kür çayında boğulduğu ehtimal olunur.

Salyan Boranıkənd kənd icra nümayəndəsinin verdiyi məlumata görə, Salyan rayonunun Boranıkənd kənd sakini 2008-ci il təvəllüdlü Rzayev Lazım Ayət oğlu bir neçə gündür ki, itkin düşdüyü bildirilir.

Eyni zamanda uşağın valideynləri və kənd sakinləri ehtimal edirlər ki, uşaq Kür çayında boğula bilər. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Sularda xilasetmə xidmətinin dalğıcları tərəfindən çayda axtarışlar aparır.

Həmçinin hüquq-mühafizə orqanları itkin düşmüş uşağın axtarışlarını davam etdirir. /APA

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ