RU
Salyanda ağır bədən xəsarətləri almış şəxs xəstəxanaya yerləşdirilib
23:30
356

Salyanda ağır bədən xəsarətləri almış şəxs xəstəxanaya yerləşdirilib

Salyanda ağır xəsarətlər almış 50 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Salyan rayon xəstəxanasından  verilən məlumatına görə, Salyan rayon sakini, Zərgərli küçəsi 25 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Əhmədov Elxan Kamil oğlu baş nahiyəsinin xəsarəti və sol budunun sınıqları diaqnozu ilə Salyan rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Adıçəkilən şəxsi təcili yardım Qızılağac kəndində yolun kənarından götürərək xəstəxanaya çatdırıb. Yaralı şəxs hansı şəraitdə bu vəziyyətə düşdüyünü xatırlamır.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ