Salyan rayonunda 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
Yaralılardan biri 2-3 yaşlı uşaq, digərləri isə qadın və kişidir. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.








