Gecə saat 3-4 radələrində dəyirmanı işlək hala gətirmək üçün yağlayan ustanın sol qolu qəfildən işlək mexanizmin oxuna ilişib. Hadisə nəticəsində Siyasət Əmrahovun sol qolunun bir hissəsi sümükdən qoparaq dəzgahda qalıb.
Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan ustaya sol-yuxarı ətrafın saidinin üçdə bir hissəsinin travmatik amputasiyası diaqnozu qoyularaq əməliyyat olunub. Hazırda xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb./virtualaz.org
7News.Az








