Salyanda ər və arvad dəm qazından boğularaq ölüb.
7NEWS.Az-ın məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.
Kənd sakinləri olan ər və arvad dəm qazından zəhərləniblər. Onlar Şirvan xəstəxanasına çatdırılsalar da, bir neçə dəqiqədən sonra keçiniblər.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








