RU
Salyanda evdə partlayış olub, iki nəfər xəsarət alıb
14:22
142

Salyanda evdə partlayış olub, iki nəfər xəsarət alıb

Salyanda evdə partlayış olub, iki nəfər yanıq xəsarəti alıb.

Hadisə bu gün Salyan şəhərində qeydə alınıb. Qaz balonunun partlaması nəticəsində şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanova Lamiyə Əli qızı və oğlu 2014-cü il təvəllüdlü Salmanov Qəmbər Ruslan oğlu yanıq xəsarətləri alıblar. Onların hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ananın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ