RU
Salyanda faciə: 18 yaşlı oğlan öldü
11:30
737

Salyanda faciə: 18 yaşlı oğlan öldü

Salyanda avtomobil piyadanı vurub.

Hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, keçinib.

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ