Salyanda zəhərlənmə hadisəsi baş verib.
7News.Az Aran bürosunun məlumatına görə, hadisə Xələc kəndində qeydə alınıb. Kənd sakinləri - 1972-ci il təvəllüdlü Əzizova Məhəbbət Hafiz qızı və 2014-cü il təvəllüdlü Əsədli Zəhra Pərviz qızı evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








