Salyan rayonunun Xıdırlı kəndində "KAMAZ” markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.
7news.Az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş nazirliyin Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
7news.Az







