Ölənlər var.
Ələt-Astara avtomobil yolunuda ağır yol nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a daxil olan məlumata görə, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu ərazisindən keçən Akkuşa çayına “Kamaz” markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıb. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
29.03.2016
Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.
7News.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı KamAZ markalı avtomaşın qəfl idarəetməni itirərək Akquşa çayına düşüb.
Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış KamAZ Qobustan sakini tərəfindən idarə olunub.
Hazırda FHN əməkdaşları qəza zamanı suda batmış sürücü və sərnişinin axtarışlarına başlayıblar.
7News.Az








