RU
Salyanda leysan
21:15
1923

Salyanda leysan

Bu gün saat 17 radələrində Salyan rayonuna gözlənilmədən son 20 ildə müşahidə olunmayan şiddətli yağış yağıb.

7news.Az virtualaz.org-a istinadən məlumatına görə, 20-25 dəqiqə çəkən yağış o qədər güclü olub ki, Ələt-Astara yolunda avtomobillərin hərəkəti qısa müddətə qismən dayanıb.

Leysan nəticəsində yolların kənarında inşa olunmuş su ötürücüləri dolub, bir çox evlərin həyətlərini, küçələri və bəzi mağazaları su basıb.

Bir çox ərazilərdə elktrik təchizatında problemlər yaranıb. Ən maraqlısı isə odur ki, leysan yağışı Salyanla qonşu olan rayonların heç birinə düşməyib.

Salyan Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqaladə hallar komissiyasının sədri Etibar Məmmədov bildirib ki, hələlik şiddətli yağışın fəsadları barədə onlarda rəsmi məlumat yoxdur.

7news.Az

Salyanda leysan - Həyətləri su basdı+Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ