Salyan rayonunda Kür çayının bir qolu olan Akkuşa çayına 30 mindən artıq balıq buraxılıb.
7News.az Region TV-yə istinadən xəbər verir ki, bu təşəbbüs rayonun Şorsulu kəndinin sakinləri tərəfindən həyata keçirilib. Həmin kəndin sakinləri son illər Akkuşa çayında balıq tükəndiyindən bu addımı atıblar.
Belə ki, 50 qramlıq çəkidə olan 30 mindən çox karp və çəki balıqlarını Akkuşa çayına köçürüblər. Mart ayının sonuna qədər daha 100 min ədəd müxtəlif növ balıqların çaya buraxılması nəzərdə tutulub.








