Şamaxı Rayon Mərkəzi Xəstəxanasında yeni direktor təyin olunub.
Bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Hüseyn Emin Ramiz oğlu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Təyinatı TƏBİB-dən "Report”a təsdiqləyiblər.
Məlumat üçün bildirək ki, E.Hüseyn bundan əvvəl Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkim vəzifəsində çalışıb.








