Azərbaycanın ekoloji turizm potensialının araşdırılacaq və milli parklarda müxtəlif turizm fəaliyyətləri təşkil ediləcək.
Milli parklar boyunca məlumatlandırıcı işarələrin yerləşdirilməsi və milli parkların Azərbaycan, ingilis, alman, fransız və rus dillərində xəritələrinin hazırlanması imkanları araşdırılacaq. "Azərbaycanda ekoturizm” albomu hazırlanaraq nəşr olunacaq və onlayn platformalarda yerləşdiriləcək, eyni zamanda ekoturizm üzrə internet portalının yaradılması məsələsi nəzərdən keçiriləcək.
Strateji Yol Xəritəsində Şamaxı Safari Parkının yaradılacağı da əksini tapıb. Şamaxı Safari Parkının yaradılması ilə bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görüləcək və bu parkın gələcəkdə onlayn platformalar və digər vasitələrlə təşviqi həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi 2017-2020-ci illər ərzində Şamaxı Safari Parkının yaradılması və təşviqini təmin etməlidir.
7news.Az








