Şamaxı sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızmeydan kənd sakini S.Sədullayevdə müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.
7News.Az








