RU
Şamaxıda 12-yaşlı uşağın əlində fişəng partlayıb, barmağının bir hissəsi qopub
10:30
537

Şamaxıda 12-yaşlı uşağın əlində fişəng partlayıb, barmağının bir hissəsi qopub

Şamaxıda Novruz əyləncəsi bədbəxt hadisə ilə nəticələnib. 

12 yaşlı uşağın əlində fişəng partlayıb. Nəticədə rayonun Məlhəm kənd sakini 2006-cı il təvəllüdlü Kamal Mais oğlu Cəbrayılov sağ əlinin şəhadət barmağının bir hissəsinin qopması, əlin ovuc nahiyyəsinin cırılmış-parçalanmış yarası və sol əlin vətərlərində əzilmə yarası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstəyə yardım göstərilib. Aparılan cərrahiyə əməliyyatından sonra sağ əlin şəhədət barmağının baş hissəsi kəsilərək götürülüb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.

Faktla bağlı araşdırma aparılır. /report

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ