Şamaxı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün axşam saatlarında Şamaxı şəhərində 56-BX-807 dövlət nömrə nişanlı "VAZ 2107" və 10-GR-201 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa
7NEWS.Az








