RU
Şamaxıda 23 yaşlı gənci maşın vurub
15:20
331

Şamaxıda 23 yaşlı gənci maşın vurub

Şamaxıda 23 yaşlı gənci avtomobil vurub. Hadisə dünən saat 16:00 radələrində şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirov Sərdar Qulu oğlu yolu keçərkən onu avtomobil vurub.

Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Kəllə-beyin travması alan xəstəyə ilkin yardım göstərilib, vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Hadisəni törədən sürücü Şamaxı Polis İdarəsi tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ