RU
Şamaxıda 45 yaşlı kişi qətlə yetirilib, kürəkən şübhəli bilinir
10:00
42

Şamaxıda 45 yaşlı kişi qətlə yetirilib, kürəkən şübhəli bilinir

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Şeydayev Elbrus saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ