Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Çuxuryurd kəndində qeyd alınıb.
Şamaxı şəhər sakini, 1992-ci il təvəllüdlü Şahməmmədov Kamran Əjdər oğlu idarə etdiyi 56-BF-636 dövlət nömrə nişanlı, "VAZ 21015” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən yolu keçməkdə olan piyadanı, Çuxuryurd kənd sakini, 1973-cü il təvəllüdlü Əfəndiyev Vüqar Habil oğlunu vurub. Vüqar Əfəndiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində vəfat edib./apa
7News.Az








