RU
Şamaxıda həyətdən otbiçən aparat oğurlanıb
12:20
65

Şamaxıda həyətdən otbiçən aparat oğurlanıb

Şamaxıda otbiçən aparat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 25-dən yanvarın 2-dək olan müddətdə Şəhriyar qəsəbəsindəki həyətyanı sahələrin birindən 2100 manat dəyərində 1 ədəd otbiçən aparat, 4 ədəd dəmir boru, 2 ədəd kotanın dəmir hissəsi və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ