RU
Şamaxıda mikroavtobus “Mercedes”lə toqquşdu - 2 yaralı
10:50
460

Şamaxıda mikroavtobus “Mercedes”lə toqquşdu - 2 yaralı

Şamaxı rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
 
Hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometrliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.
 
Şəki sakini, 1957-ci il təvəllüdlü Mustafayev Məhəmmədiyyə Mustafa oğlu idarə etdiyi 14-BD-187 dövlət nömrə nişanlı "Ford” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Rəsulov Bayram Rafiq oğluna məxsus 50-BB-803 dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobili ilə toqquşub.
 
Hadisə zamanı mikroavtobusdakı sərnişinlər - Şəki sakini, 1986-cı il təvəllüdlü Rəsulzadə Günay Ələddin qızı, 1996-cı il təvəllüdlü Talıbov Nicat Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə iki təcili yardım avtomobili cəlb olunub, xəsarət alanlara yardım göstərilib.
 
Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusda 20 sərnişinin olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /apa

 




7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ