RU
Şamaxıda minik avtomobillər toqquşub, yaralılar var
12:30
152

Şamaxıda minik avtomobillər toqquşub, yaralılar var

Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.

Şamaxı-Padarçöl yolunda 77-FC-147 dövlət nömrə nişanlı

"Daewo" və 10-FC-755 dövlət nömrə nişanlı "QAZ 3110" markalı

minik avtomobilləri toqquşub.

Nəticədə Şamaxı sakinləri - 1995-ci il təvəllüdlü Rəfiyev Vüsal Natiq

oğlu, 1987-ci il təvəllüdlü Vəliyev İntiqam Adıgözəl oğlu və 1995-ci il

təvəllüdlü Həmidov Ağa Feyruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri

alıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ