RU
Şamaxıda namus davası: qan töküldü – Təfərrüat
12:50
615

Şamaxıda namus davası: qan töküldü – Təfərrüat

Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şəhriyar qəsəbə sakini, 1978-ci il təvəllüdlü Laçın Xeyrullayev bıçaqlanıb.

O, döş qəfəsi və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona tibbi yardın göstərilib.

Məlum olub ki, Laçın Xeyrullayevi Şamaxı şəhərində baş verən dava zamanı qonşusu, 35 yaşlı Anar Qarayev bıçaqlayıb. O, polis tərəfindən şübhəli şəxs qismində saxlanılib.

Anar Qarayev istintaqa verdiyi ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. Bildirilir ki, Laçın Xeyrullayev qonşuluqda olan Anarın qohumlarından birinə sataşıb. Buna görə də onların arasında dava olub. Qonuşların davası sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb./teleqraf

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ