RU
Şamaxıda qardaşları qarət edən quldurlara hökm oxunub
14:50
711

Şamaxıda qardaşları qarət edən quldurlara hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı şəhər sakinləri Möhlət Möhlətov və Famil İbadovun CM-nin 181.2.1 (qulduqluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfəndən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 24-də Qafur və Rəşad Dəmirov qardaşlarına basqın edib, kəsici alətlə hədə-qorxu gələrək onlara məxsus 35 manat pulu və mobil telefonlarını quldurluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş Möhlət Möhlətov və Famil İbadov tutulublar.

Məhkəmənin hökmü ilə M.Möhlətov 9, F.İbadov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ