RU
Şamaxıda qumarxana aşkarlandı - Saxlanılanlar var
12:20
80

Şamaxıda qumarxana aşkarlandı - Saxlanılanlar var

Şamaxıda qumarxana aşkarlanıb.

 Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ