RU
Şamaxıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün unudulmaz gün - FOTOLAR
16:31
900

Şamaxıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün unudulmaz gün - FOTOLAR

7NEWS.az xəbər verir ki, Şamaxı rayonunda xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlar üçün zəngin bədii, intellektual proqramı olan tədbir keçirilib. Tədbirdə rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edilib, gələcəkdə bu kimi sosial layihələrin davamlı olacağı vurğulanıb.

Tədbirdə iştirak edən uşaqlar müxtəlif yarışlarda iştirak ediblər, qaliblərə hədiyyələr təqdim olunub. Sonda iştirakçılar musiqili-əyləncəli proqrama qatılaraq olduqca xoş anlar yaşayıblar.

Övladlarının unudlmaz bir gün yaşadıqlarını deyən valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

7NEWS.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ