Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
7news.Az-ın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
7news.Az








