RU
Samuray dedik, göydə uçan əşyanı böldü - insan deyil ki...
17:15
426

Samuray dedik, göydə uçan əşyanı böldü - insan deyil ki...

Yaponiyalı İsao Maçii öz qılıncoynatma bacarığı ilə növbəti dəfə dünyanı heyrətləndirib. 21-ci əsrin ən güclü samurayı kimi tanınan İsao, havada saatda 160 kilometr sürətlə uçan obyekti qılıncla ortadan bölməyə müvəffəq olub.

Bu vaxta qədər sürəti saatda 100 kilometrdən çox olan meyvələri qılıncla dəqiq nişan almağa müvəffəq olan samuray bu dəfə bəxtini daha sürətlə uçan beyzbol topu ilə sınayıb. Əvvəl topun trayektoriyasını diqqətlə izləyən İsao, saatda 160 kilometr sürətlə uçan beysbol topunu bir qılınc zərbəsi ilə ortadan bölüb.

10 metr aralıdan dayanmaqla, bu qədər sürətlə hərəkət edən obyektin yerini dəqiq müəyyənləşdirən, bu da azmış kimi dəqiq zərbə endirən İsao, növbəti dəfə diqqətləri üzərinə çəkə bilib. Topun sürəti bir neçə cihaz vasitəsilə dəqiqliklə qeydə alınıb.

Qeyd edək ki, Kavanişi şəhərində yaşayan samuray öz bacarığı ilə bir neçə kateqoriyada dünya rekordlarının sahibidir. Hər nə qədər inandırıcı səslənməsə də, bu samuray sürəti saatda 708 kilometrə çatan tenis topunu da bölməyə müvəffəq olub./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ