Samux rayonunda qadın dərmandan zəhərlənib.
Rayon sakini, 1986-cı il təvəllüdlü Pərvanə Cəfərova dərman zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qadının hansı səbəbdən zəhərləndiyi hələ ki, məlum deyil. /APA
7News.Az








