Samux rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
7news.Az DİN-ə istinadən xəbər verir ki, mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisindəki artezian quyusuna nəzarət edən gözətçi otağına atəş açılıb.
Araşdırmalarla həmin gün kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Beybudovun ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açdığı müəyyən edilib.
Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Behbudov saxlanılaraq istintaqa təhvil verilib.
7news.Az







