Samux rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.
Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il Əhmədov İntiqam İmamverdi oğlunu kafedə yemək yeyən zaman bıçaqlayaraq qətlə yetirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
R. Məhərrəmov saxlanılıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
7news.Az








