RU
Samux sakinindən külli miqdarda narkotik aşkarlandı
17:50
962

Samux sakinindən külli miqdarda narkotik aşkarlandı

Samux sakinindən narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq cinayətləri törətmiş Möhsün Əliquliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
 
 
 7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ