RU
Samux sakinindən silah və narkotik götürüldü - FOTO
13:38
341

Samux sakinindən silah və narkotik götürüldü - FOTO

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Samux rayonunun sakini Xaliq Mustafayev saxlanılıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saxlanılan şəxsin evinə baxış zamanı 33 kiloqram 685 qram marixuana aşkar olunaraq götürülüb. 

X.Mustafayev narkotik tərkibli bitkiləri şəxsi təsərrüfatında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib. 

Əməliyyat tədbirlərinin davamı olaraq X.Mustafayevin evindən müvafiq sənədləri olmayan "İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkarlanaraq götürülüb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ