RU
Samuxda 53 yaşlı kişini bıçaqladılar
10:00
183

Samuxda 53 yaşlı kişini bıçaqladılar


Samux rayonunda 53 yaşlı kişi bıçaqlanıb. 7NEWS.az-ın  bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qiyaslı kəndində baş verib. Əhmədov Rövşən Qədir oğlu ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti orta ağırdır.Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.Artıq faktla bağlı araşdırma başlanılıb, hüquq mühafizə orqanı əməkdaşları tərəfindən hadisənin təfərrüatları dəqiqləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ